29 
Mar
2017
16:05
226
81
16701
Virtual karabakh

Türkiyə mətbuatı: Azərbaycanlı aktyor Şahan Gökbakara meydan oxudu

29 Mar, 2017
16:05
16701

Türkiyə mətbuatı: Azərbaycanlı aktyor Şahan Gökbakara meydan oxudu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yanlış anlama” adlı komik hadisələrdən bəhs edən filmlə bağlı Türkiyədə mətbuat konfransı keçirilib.

Oxu.Az xəbər verir ki, ekran əsərində azərbaycanlı və türkiyəli aktyorlar birgə rol alacaq. Çəkilişlərin bir qismi Azərbaycanda, digər qismi Türkiyədə aparılacaq.

Türkiyənin bir çox tanınmış saytlarında yer alan məqalələrdə bildirilir:

“Azərbaycanın Cem Yılmazı olaraq tanınan Fərda Amin “Yanlış anlama” filminin mətbuat konfransında boks əlcəklərini geyinərək Şahan Gökbakara səslənib.

“Recep İvedik - 5” filminin anonsunda azərbaycanlı ilə türk idmançının qarşılaşdığı səhnə Azərbaycan mətbuatında etiraza səbəb olmuşdu. Bundan sonra həmin kadrlar ekran əsərindən çıxarılmışdı. Bu mövzu ilə bağlı Fərda Amin Şahan Gökbakara ismarıc göndərib: “Şahan qardaş, bu iş cüssəli bədənlə ekranda həll olmaz, gəl burada döyüşək”.

Daha sonra sözlərinin zarafat olduğunu vurğulayan Fərda Amin “Təbii ki, zarafat edirəm, Şahan qardaşım canımızdır, biz onu sevirik” deyib”.

Türkiyə və azərbaycanlı ailənin birlikdə keçirdikləri 10 gündən bəhs edən filmdə iki dilin həm yaxınlığı, həm fərqliliyi nəticəsində yaranan səhv anlaşılmaların meydana gətirdiyi macəralar yer alacaq.

Filmin rejissoru Ulaş Cihan Şimşek, ssenari müəllifi Ayberk Çınardır.

Ekran əsərində Şevket Çoruh, Bahadır Efe, Duygu Karaca, İslam Mehrəliyev, Fərda Amin, Pərvin Abıyeva, Pelin Sönmez və digərləri rol alacaq.

Filmin Türkiyə və Azərbaycan kinoteatrlarında oktyabr ayında təqdim olunması planlaşdırılır.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri