30 
Mar
2017
09:31
9
135
3087
Virtual karabakh

Corc Maykl 3 aydan sonra dəfn edilib

30 Mar, 2017
09:31
3087

Corc Maykl 3 aydan sonra dəfn edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyalı müğənni Corc Mayklın ailəsi onun çərşənbə günü Londonda dəfn olunması faktını rəsmən təsdiq edib.

Oxu.Az Report-a istinadla xəbər verir ki, bu barədə musiqiçinin qohumları və yaxınlarının çərşənbə günü yaydıqları bəyanatda deyilir.

“Biz bu gün müğənni Corc Mayklın dəfn mərasiminin baş tutduğunu təsdiq edə bilərik. Ailə üzvləri və yaxın dostlar sevimli oğlumuz, qardaşımız və dostumuzla vidalaşmaq üçün bir araya toplaşmışdılar. Corc Mayklın ailəsi onun bütün dünya üzrə pərəstişkarlarına sevgi və dəstək dolu çoxsaylı məktublarına görə minnətdarlıq etmək istərdi”, - deyə bəyanatda bildirilir.

Corc Maykl 25 dekabr 2016-cı il tarixində 53 yaşında ikən vəfat edib.

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri