30 
Mar
2017
17:37
25
169
7085
Virtual karabakh

Türkiyənin tanınmış aktyoru həbs edilib

30 Mar, 2017
17:37
7085

Türkiyənin tanınmış aktyoru həbs edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin tanınmış aktyoru Yurdaer Okur Şimali Kipr Türk Cümhuriyyətində Ercan hava limanında üzərində bir qram ağırlığında narkotik maddə olmaqda şübhəli bilinərək həbs edilib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, martın 31-də onun məhkəməsinin olacağı gözlənilir.
43 yaşlı aktyor Okur narkotik maddə daşımaq və idxal etməkdə ittiham edilir.

Miqdarından asılı olmayaraq, Şimali Kiprdə üzərində narkotik maddə gəzdirmək ağır cinayətlərdən sayılır.

Yurdaer Okur 1974-cü il oktyabrın 29-da anadan olub. 1994-cü ildə Hacettepe Universiteti Dövlət Konservatoriyasının Teatr bölümünə qəbul olub və oranı bitirib.

O, “Karadayı” serialında prokuror Turqut Akın rolu ilə də yaddaşlarda qalıb. 

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri