Apr
2017
10:52
71
186
5156
Virtual karabakh

Vera Brejneva Bakıda konsert verəcək – VİDEO

4 Apr, 2017
10:52
5156

Vera Brejneva Bakıda konsert verəcək – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şopinq Festivalı çərçivəsində məşhur “VİA Qra” qrupunun “qızıl” heyətinin cazibədar eks-solisti, populyar müğənni Vera Brejneva festivalın fəxri qonağı olacaq.

Azərbaycan Konqresləri Bürosundan Oxu.Az-a bildirilib ki, ifaçı aprelin 20-də “#Nömrə1” adlı konsert proqramı ilə çıxış edəcək. Vera Brejneva Heydər Əliyev Sarayında rəqslərlə, xüsusi effektlərlə möhtəşəm şou təqdim edəcək, həmçinin yeni mahnılarını səsləndirəcək.

Müğənni Vera Brejneva Azərbaycan paytaxtında dəfələrlə konsert proqramı ilə çıxış edib. 

Qeyd edək ki, Bakı Şopinq Festivalı aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri