Apr
2017
17:27
695
219
67980
Virtual karabakh

Sevil və Sevinc bacıları 3 ilədək həbs oluna bilərlər

5 Apr, 2017
17:27
67980

Sevil və Sevinc bacıları 3 ilədək həbs oluna bilərlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, bu gün əkiz bacılar, “Xəzər” telekanalının aparıcıları, müğənnilər Sevil Sevinc Səfərovalar avtomobil qəzası törədib. Hadisə zamanı yolu keçən 87 yaşlı Zöhrab Ağayev ağır kəllə-beyin travması alıb. Həkimlərin sözlərinə görə, zərərçəkən şəxsin vəziyyəti kritikdir.

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsi “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma” (Maddə 263.) haqqında qanunun birinci bəndinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır (263.1)” .

Bu sözləri sözügedən məsələ ilə əlaqədar Oxu.Az-a açıqlamasında hüquqşünas, vəkil Asif Abdullayev bildirib.

“Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır (263.2.)”, - deyə vəkil vurğulayıb.

“Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır (263.3.)”, - deyə Asif Abdullayev əlavə edib.

Aytən Sadıqzadə

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri