14 
Apr
2017
12:00
28
314
10551
Virtual karabakh

Ermənilərdən Eldar Qasımova qarşı təxribat – FOTO

14 Apr, 2017
12:00
10551

Ermənilərdən Eldar Qasımova qarşı təxribat – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün “Eurovision - 2011”-in qalibi Eldar Qasımovun “Instagram” səhifəsində ermənilərlə bağlı paylaşımlar edilib.

Oxu.Az xəbər verir ki, erməni hakkerləri tərəfindən oğurlanan səhifədə erməni terrorçusu Monte Melkonyanın fotoşəkli və Ermənistan bayrağı paylaşılıb. Paylaşımlara “Yaşasın Ermənistan” sözləri yazılıb.

E.Qasımovun səhifəsinin profil fotosu da dəyişdirilərək erməni bayrağı və terrorçunun şəkli ilə əvəzlənib.

Müğənni bununla bağlı sosial şəbəkə istifadəçilərinə müraciət edərək “Instagram”dakı eldar_official səhifəsini şikayət etməyi xahiş edib.

Qeyd edək ki, müğənninin “Instagram” səhifəsində 20 mindən çox izləyici var.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri