15 
Apr
2017
09:40
107
32
1632
Virtual karabakh

Rusiyada “Moscow Eurovision Party” əyləncə gecəsi təxirə salınıb

15 Apr, 2017
09:40
1632

Rusiyada “Moscow Eurovision Party” əyləncə gecəsi təxirə salınıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Eurovision - 2017” mahnı müsabiqəsi öncəsi keçirilməli olan “Moscow Eurovision Party - 2017” əyləncə gecəsinin təşkilatçıları tədbiri təxirə salıblar.

Oxu.Az Report-a istinadla xəbər verir ki, tədbir aprelin 21-də baş tutmalı idi.

Təşkilatçılar bu addımı yaranan qeyri-sabit siyasi vəziyyət və Rusiya nümayəndə heyətinin iştirakı ilə bağlı rəsmi qərarın olmaması ilə izah ediblər.

Biletlər isə geri qaytarılacaq.

Gecədə Rusiya, Azərbaycan, İsrail, İsveçrə, Bolqarıstan, Yunanıstan və Moldovanın mahnı müsabiqəsindəki təmsilçiləri də iştirak etməli idilər.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri