17 
Apr
2017
14:33
292
35
9403
Virtual karabakh

“Qarabağ klanı”na zərbə: Ermənilər Azərbaycanı dəstəklədi – VİDEO

17 Apr, 2017
14:33
9403

“Qarabağ klanı”na zərbə: Ermənilər Azərbaycanı dəstəklədi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq mahnı müsabiqəsi “Eurovision”un Ermənistan üzrə rəsmi fan klubu  (OGAE) səs nəticələrini açıqlayıb.

Oxu.Az-ın lent.az-a istinadən məlumatına görə, səs nəticələrinə əsasən, erməni fanları daha çox İsveç, Belçika və Fransa təmsilçilərinin ifa etdiyi mahnını bəyəniblər.


 

Hazırda Azərbaycan və Ermənistan arasında münasibətlər tam başqa fonda olsa da qonşu ölkənin bəzi nümayəndələri Azərbaycanı “Eurovision - 2017”-də təmsil edəcək Diana Hacıyevanın ifasında səslənən mahnını bəyəndiyini etiraf ediblər.

Buna baxmayaraq əminliklə demək olmaz ki, Diananın erməni fanları yarışma zamanı birbaşa olaraq səsini ona verəcəklər.

Ancaq musiqi sərhəd tanımır. Ekspertlər bunu ermənilərin “Qarabağ klanı”na böyük zərbə hesab edir.  

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri