19 
Apr
2017
12:27
22
191
8607
Virtual karabakh

Tanınmış aktyor intihar etdi

19 Apr, 2017
12:27
8607

Tanınmış aktyor intihar etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli aktyor Orhan Yücel qarşılıqsız sevgi səbəbindən intihar edib.

Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulda yaşayan Yücel ötən gün “Facebook”da canlı yayım edib və adını açıqlamadığı qadını çox sevdiyini, lakin sevgisinin cavabsız qaldığı üçün günah olduğunu bilə-bilə intihar etməyə üstünlük verdiyini söyləyib.

O, 100 ədəd həb içib və sevənlərindən onun üçün dua etmələrini istəyib. Bu şərhindən sonra evində huşsuz vəziyyətdə tapılan Yücel xəstəxanaya çatdırılıb. Mədəsi yuyulub, ancaq bütün tibbi səylərə baxmayaraq, xilas ola bilməyib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri