Evlilik proqramında bir ilk: Azərbaycanlı iştirakçılara görə studiya boşaldıldı – VİDEO
Evlilik proqramında bir ilk: Azərbaycanlı iştirakçılara görə studiya boşaldıldı – VİDEO
Türkiyənin “Star TV” telekanalında yayımlanan “Zuhal Topalla” evlilik proqramında azərbaycanlı iştirakçılar Naz Mila və Əli Əkbərə görə studiya boşaldılıb. Aparıcı verilişdə ilk dəfədir belə hal yaşandığını söyləyib.
Oxu.Az xəbər verir ki, Naz Əli ilə barışmaq üçün ondan dəfələrlə şans istəsə də, qarşı tərəf buna razı olmayıb. O, proqrama Əli üçün gələn namizədlərə göz yuma bilmədiyini və verilişi birdəfəlik tərk etmək istədiyini bildirib, daha sonra ağlamağa başlayıb.
Digər iştirakçılar Əliyə Nazla barışmaq üçün təkid ediblər. Sonda Əli Əkbər canlı yayımı tərk etmək istəyən Naz Milanın əlini tutub və onunla barışıb. Teleaparıcı cütlüyün baş-başa qalıb sərbəst qərar verməsi üçün studiyada olan iştirakçı və tamaşaçıların hamısını çölə çıxarıb.
A.S.
www.oxu.az