21 
Apr
2017
14:27
193
56
19892
Virtual karabakh

İlhamə Quliyevanın 20 minlik “şuba”sı girovdadır – FOTO

21 Apr, 2017
14:27
19892

İlhamə Quliyevanın 20 minlik “şuba”sı girovdadır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İ.Quliyevanın həmin gödəkcəsi dünyaca məşhur “GreekFurs” firmasının istehsalıdır. Bu şirkət eksklüziv və xüsusi bəslənmiş gəmirici növlərinin xəzlərindən gödəkcələr hazırlayır. Yunanıstanda yerləşən və ABŞ xəz-dəri şirkətləri ilə əlaqəli çalışan “GreekFurs”un qiymət siyasəti də fərqlidir. Şirkətin saytında eksklüziv gödəkcələrin qiymətləri də növündən asılı olaraq 1400 avrodan 50 min avroya qədər dəyişir.

İ.Quliyevanın vaxtilə sevə-sevə geydiyi gödəkcənin qiyməti haqda dəqiq məlumat yoxdur.

Oxu.Az musavat.com-a istinadən xəbər verir ki, xəz mütəxəssisləri həmin gödəkcənin bahalı mal olduğunu təsdiqləyirlər. Bildiriblər ki, belə xəzlərdən olan gödəkcənin hazırda Azərbaycanda bazar qiyməti 15-20 min manatdır. Mərhum sənətkarla vaxtilə yaxın olmuş şəxslər isə bildirirlər ki, həmin gödəkcəni ona hədiyyə veriblər. İ.Quliyeva da bahalı xəzdən olan həmin gödəkcənin ona hədiyyə verilməsini gizlətməyib, konkret ad çəkməklə “gödəkcəni mənə alıb” deyirmiş. Yayılan xəbərdə bahalı gödəkcənin lombardlardan birində olduğunu öyrənəndən sonra ilk öncə Orxan Nadirovla əlaqə saxladıq. O.Nadirovun yayılan xəbərə münasibəti belə oldu:

“Səhv məlumatdır, gödəkcə evdədir, şəklini çəkib “WhatsApp” yollayacağam”.

Bununla belə, korifey sənətkarın məşhur gödəkcəsinin girovda olub-olmamasını aydınlaşdırmaq üçün lombardlarla əlaqə saxladıq. Bir neçə saatlıq araşdırmalardan sonra öyrəndik ki, digər qiymətli əşyalarla yanaşı, bahalı geyimlərə də lombard krediti verən bir ünvan var. Həmin ünvan Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşir. Qeyd edilən küçədəki lombardla əlaqə saxladıq. Oradan belə bir cavab aldıq ki, həqiqətən də lombarda Orxan Əhmədağa oğlu Nadirov xəz gödəkcə girov qoyub.

Xəz gödəkcə haqda siz məlumat verəndən sonra araşdırdıq. Lombarda 2016-cı ilin oktyabrında bir qadınla bir cavan oğlan gəliblər. Onlar xəz gödəkcəni qoyub, kredit alıblar. Gödəkcə 1 ay müddətinə qoyulub, amma sonradan gəlib onu geri almayıblar”, - deyə lombardda çalışan bir xanım söyləyib.

Özünü lombardın rəhbərlərində biri kimi təqdim edən şəxs deyib ki, xəz gödəkcənin İlhamə Quliyevaya məxsus olmasını bildiklərindən məmnun olublar:

“Bizə məlumat verdiyiniz üçün təşəkkür edirik. Korifey sənətkarımız İlhamə Quliyevaya böyük hörmətimiz olub və bu gün də var. Onun xəz gödəkcəsi girov qoyulub və ardınca gələn olmayıb. Həmin gödəkcə bizdədir”.

Bəs gödəkcənin gələcək taleyi necə olacaq? Satışa çıxarılacaq, yoxsa başqa planlar var? Lombard rəsmisi deyir ki, ümumi məsləhətdən sonra belə qərara gəliblər ki, mərhum korifey sənətkarın gödəkcəsini satışa çıxarmasınlar:

“Həmin gödəkcəni yadigar olaraq saxlayacağıq. Əgər nə vaxtsa İlhamə Quliyevanın ev muzeyi açılarsa, həmin gödəkcəni ora təhvil verə bilərik. Hazırda gödəkcə bizim əmlakımızdır”.

Qeyd edək ki, İ.Quliyeva dünyasını dəyişəndən sonra onun çoxsaylı əmlakları uğrunda yaxınları məhkəmə çəkişməsinə başlamışdılar. Vərəsəlik hüququ ilə bağlı bacıları Gülbahar və Aidə Quliyevalar və özünü onun oğlu kimi təqdim edən Orxan Nadirov mərhum sənətkarın mülkləri, əmlakı və digər qiymətli əşyalarına sahib olmaq üçün Yasamal Rayon Məhkəməsində iddia qaldırıblar. Məhkəmə O.Nadirovun iddiasını təmin etməyib. Onun vərəsəlik hüququnun tanınması ilə bağlı iddiasına rədd cavabı verib. Məhkəmə hesab edib ki, İlhamə Quliyevanın bütün əmlakı bacılarının arasında bölünməlidir. Çünki Orxanın İlhamə Quliyevanın oğlu olması və ya vərəsə elan edilməsi ilə bağlı hər hansı rəsmi sənəd və vəsiyyətnamə yoxdur, heç vaxt olmayıb. İ.Quliyeva 2016-cı il fevralın 25-də dünyasını dəyişib. Bundan sonra onun mirasına həbs qoyulmuşdu.

Xatırladaq ki, İ.Quliyevanın Mərdəkanda və Buzovna yolunun üstündə yerləşən iki bağı, 50 sot sənədli torpağı, Bakının mərkəzində 4 evi var. Bundan başqa, onun “İnfiniti” və “Luimizin” markalı 2 avtomobili, çox miqdarda da qızıl-zinət əşyaları, bahalı geyimləri qalıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri