24 
Apr
2017
13:01
59
259
32864
Virtual karabakh

Samirə Mustafayeva barəsində yayılan xəbərlərə aydınlıq gətirdi

24 Apr, 2017
13:01
32864

Samirə Mustafayeva barəsində yayılan xəbərlərə aydınlıq gətirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATV-nin məşhur aparıcısı Vaqif Aydınoğlunun keçmiş həyat yoldaşı, keçmiş teleaparıcı Samirə Mustafayeva bu gün haqqında çıxan xəbərlərə aydınlıq gətirib.

Oxu.Az Publika.az xəbər verir ki, aparıcı qadın klubu açmağa hazırlaşdığını etiraf edib.

“2012-ci ildən bəri yaxın rəfiqələrimlə bağlı kiçik bizneslə məşğul oluruq. Bu, nə mənim, nə başqalarının əsas işidir. Bu işi sevgili hesabına və tək görmürəm, onlara şərik də demək doğru çıxmaz, ən yaxın rəfiqələrimdir. Rəfiqələrimlə məsləhətləşdik ki, açılışa yaxın klubu pulla reklam edək, amma sağ olsunlar, ehtiyac olmadı”, - deyə o bildirib.

S.Mustafayeva şəxsi həyatı ilə bağlı yayılan şayiələri təkzib edib:

“Şəxsi həyatım haqqında yazılanlar həqiqəti əks etdirmir. Belə xəbərlər eşidəndə gülməyim gəlir, məni gah vergilər nazirliyində işə düzəldirlər, gah da əsassız xəbərlər yazırlar. Mən artıq bir ildir efirlərdə və mətbuatda yoxam, sadə bir vətəndaşam. Xahiş edirəm ki, haqqımda bu cür xəbər yazılmasın”.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri