24 
Apr
2017
23:49
13
179
2243
Virtual karabakh

“Eurovision”un Azərbaycandakı rəsmi fan-klubu səsvermə keçirib

24 Apr, 2017
23:49
2243

“Eurovision”un Azərbaycandakı rəsmi fan-klubu səsvermə keçirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Eurovision” mahnı müsabiqəsinin Azərbaycandakı rəsmi fan-klubu keçirdiyi səsvermənin nəticələrini dərc edib.

Oxu.Az xəbər verir ki, “Eurovision”un azərbaycanlı fanatları ən yüksək xalı - 12 balı İtaliya nümayəndəsinə Françesko Qabbaniyə verib.

İkinci yerdə İsveç nümayəndəsi Robin Benqtsson (10 bal), üçüncü sırada isə Fransa təmsilçisi Alma (8 bal) qərarlaşıb. Sonrakı yerləri Avstraliya, Belçika, Estoniya, Makedoniya, Bolqarıstan, İsveçrə və Danimarka nümayəndələri tutub.

Qeyd edək ki, bu il “Eurovision” müsabiqəsi Kiyevdə 9, 11 və 13 may tarixlərində keçiriləcək. Azərbaycanı müsabiqədə “Skeletons” mahnısı ilə DiHaj (Diana Hacıyeva) təmsil edəcək.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri