25 
Apr
2017
08:51
226
49
3808
Virtual karabakh

Elton Con reanimasiyaya düşüb

25 Apr, 2017
08:51
3808

Elton Con reanimasiyaya düşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyalı musiqiçi Elton Con virusa yoluxma səbəbindən xəstəxanaya yerləşdirilib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, xəstəliyin dəqiq adı açıqlanmır, lakin qeyd olunur ki, musiqiçi Cənubi Amerika turnesi zamanı yoluxduğu “nadir virus infeksiyası” ilə xəstəxanaya düşüb.

Bildirilir ki, müğənni iki gün reanimasiyada qalıb, daha sonra həkimlərin müşahidəsi altında olub, hazırda isə sağalmağa doğru gedir.

Həmçinin qeyd olunur ki, britaniyalı rok ifaçısı xəstəlik səbəbindən ABŞ-da bir sıra konsertlərini təxirə salıb.

Martın 25-də Elton Conun 70 yaşı tamam olub.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri