26 
Apr
2017
14:45
152
45
3142
Virtual karabakh

Maltanın “Eurovision” təmsilçisi: Azərbaycana səfər etməyi arzulayıram – VİDEO

26 Apr, 2017
14:45
3142

Maltanın “Eurovision” təmsilçisi: Azərbaycana səfər etməyi arzulayıram – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan təmsilçisi Diana Hacıyevanın mahnısı və klipi çox xoşuma gəldi, onun Kiyevdəki çıxışını səbirsizliklə gözləyirəm”.

Oxu.Az xəbər verir ki, bunu Report-a “Eurovision - 2017” mahnı müsabiqəsində Maltanı təmsil edəcək Klaudia Fanyello deyib.

Malta nümayəndəsinin sözlərinə görə, Diana Hacıyevanın böyük vokal səsi var və onun mahnısı çox müasirdir.

K.Fanyello Azərbaycan haqqında məlumatının olduğunu bildirib:

“Azərbaycan zəngin mədəniyyətə malik gözəl ölkədir. Nə vaxtsa Azərbaycana səfər etməyi arzulayıram. Ölkənizin musiqisi barədə daha çox “Eurovision” müsabiqəsi sayəsində bilirəm”.

Müsabiqədə ifa edəcəyi “Breathlessly” mahnısı haqqında danışan K.Fanyello ifanın həyat səyahəti ilə və həyatda baş verənləri qiymətləndirməyi bacarmaqla bağlı olduğunu söyləyib.

O, həmçinin “Eurovision” müsabiqəsinin azərbaycanlı fanatlarına səslənib:

“Maltaya və onun “Eurovision”dakı nümayəndələrinə göstərdiyiniz dəstəyə görə sizə dərin təşəkkürümü bildirirəm. Mahnımın xoşunuza gələcəyinə ümid edirəm”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri