26 
Apr
2017
15:00
112
85
10734
Virtual karabakh

Azərbaycanda geyimlərdə yeni dəb: Rəsmlərlə işlənmiş cinslər – VİDEO

26 Apr, 2017
15:00
10734

Azərbaycanda geyimlərdə yeni dəb: Rəsmlərlə işlənmiş cinslər – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dəb dünyası daim öz rəngarəngliyi və müxtəlifliyi ilə çox seçilir. Dizaynerlər daim yenilik axtarışındadır. Bu sahədə fərqlənmək elə də asan deyil. Lakin cins geyimlər uzun illərdir dəbdə öz hakimiyyətini davam etdirir. Hər xanımın qarderobunda cins şalvar, ətək və ya gödəkcə var. Modelyerlər son illər cins əşyaların yeni versiyasını - bəzədilmiş və ya üzərində rəssam işləmiş geyimləri təklif edir.

Azərbaycanda bəzədilmiş və ya rəsmlərlə işlənmiş cinslərin hazırlaması ilə məşğul olan tanınmış butikin kreativ direktoru Güllər Paşayeva bildirib ki, ölkəmizdə moda sahəsində yenilik axtaran şəxslərin sayı artır:

“Hazırda gənclər öz geyimi ilə daha çox fərqlənmək istəyirlər. Bizim təqdim etdiyimiz geyimlərlə seçilmək daha çox mümkündür. Cins geyimlərinizin üzərində hansı rəsm və ya işləmənin olmasına siz qərar verirsiniz. Bəzi hallarda rəssamlar da öz təkliflərini edir, lakin son qərar yenə də sizindir. Bu layihəyə maraq gündən-günə artır”.

Oxu.Az AZƏRTAC-ın mövzü ilə əlaqədar hazırladığı süjeti təqdim edir:

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri