27 
Apr
2017
18:50
37
155
10418
Virtual karabakh

Məhkəmə Zərrabla Gündeşin tarixi əhəmiyyətli villaları barədə qərar çıxardı

27 Apr, 2017
18:50
10418

Məhkəmə Zərrabla Gündeşin tarixi əhəmiyyətli villaları barədə qərar çıxardı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rza Zərrab Ebru Gündeşin villasında “Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma Qanununa” zidd işlər gördüyü iddiasıyla başlayan məhkəmə prosesi davam edir. 

Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, baş tutan iclasda ABŞ-da həbsdə olan Zərrabın vəkili Tuğçe Yanarkol da iştirak edib. 

Məhkəmədə villaların eks-sahibi danışaraq oranı ilk aldığında pis vəziyyətdə olduğunu, qanuna və tarixi binanın əslinə uyğun olaraq təmir etdirdiyini bildirib.

Rza Zərrabın ifadəsinin alınması üçün qərar qəbul edilib, Beynəlxalq Hüquq və Xarici İşlər Xidmətinə müraciət olunacağı barədə fikir bildirilib.

Bundan sonra, təmiri həyata keçirən Hakkı Süha Gökdemirin məhkəməsi baş tutub. Məhkəmə sonda villalara edilən dəyişiklərin sökülməsi barədə qərar qəbul edib.  Buna, binanın xarici görünüşü, hovuz, lift və s. daxildir.

Xatırladaq ki, R.Zərrab 2011-ci ildə villaları Ebrunun adına alıb. İş adamı tarixi əsər olaraq qeydiyyatda olan malikanədə təmir işləri aparıb. Daha sonra araşdırma zamanı villalara lift qurlaşdırıldığı, binanın tamamilə dəyişdirildiyi məlum olub.

Bundan sonra Beykoz Prokurorluğu tərəfindən cinayət işi açılıb, cütlüyün 6 aydan 3 ilə qədər həbs olunması istənilib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri