28 
Apr
2017
15:15
119
41
4778
Virtual karabakh

“CinemaPlus”da “Nazlı” filminin qala-gecəsi baş tutub – FOTO + VİDEO

28 Apr, 2017
15:15
4778

“CinemaPlus”da “Nazlı” filminin qala-gecəsi baş tutub – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ganjlik Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında “Nazlı” romantik komediya filminin qala-gecəsi baş tutub. Film “Zaratustra Film” kinoşirkəti tərəfindən çəkilib. 

Filmin quruluşçu rejissoru Rəhman Rafiqoğlu, ssenari müəllifləri Rəhman Rafiqoğlu və Tural Fitət, quruluşçu operator Əli Sultanov, bəstəkar Səid Qəni, baş prodüserlər Murad Məhərrəmli və Əli Cavadov.   

Baş rolları Dövlət Akademik Milli Dram Teatrının aktyoru Ülvi Həsənli və gənc aktyor Xumar Səlimova oynayırlar. Filmdə, həmçinin Xalq artistləri Mabud Məhərrəmov, Arif Quliyev, Fuad Poladov, Rasim Balayev, Əməkdar artistlər Mehriban Xanlarova, Naidə Orucova və Fərid Əliyev, aktyorlar Qorqud Cəfərli, Eldar Bağırbəyov, Azər Aydəmir və başqaları rol oynayıblar.  

Filmin sujetində oliqarx qızı olan ərköyün Nazlı haqqında danışılır. Qızının şıltaqlığından və daimi əhvalatlarından bezən atası onu ilk rast gələnə ərə vermək qərarı verir. Həmin adam yüksəkmərtəbəli binaların tikintisində fəhlə işləyən, kənd oğlanı İsmayıl olur.

Nazlı, əlbəttə ki, bu qərardan qəzəblidir, lakin atasının qərarına əks gedə bilmir, çünki əks halda atası onu var-dövlətdən məhrum edə bilər. Nazlı öz nişanlısının kəndinə gedir, harada ki, İsmayılın zülmkar xalasının əlinə düşür... Qayğısız şəhər həyatının əvəzinə adi ağır kənd günləri başlayır... Lakin Nazlı hələ də xilas olmağa ümid edir və öz ağ atlı şahzadəsini gözləyir... 

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri