May
2017
16:22
47
142
5078
Virtual karabakh

“The Black Eyed Peas” qrupu və Nikol Şerzinger Bakıda konsert proqramı ilə çıxış edəcəklər – VİDEO

2 May, 2017
16:22
5078

“The Black Eyed Peas” qrupu və Nikol Şerzinger Bakıda konsert proqramı ilə çıxış edəcəklər – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1” üzrə Avropa Qran-prisində çıxış edəcək daha 2 müğənninin adı müəyyənləşib.

Oxu.Az xəbər verir ki, bu barədə yarışın promouteri Arif Rəhimov bildirib.

Onun sözlərinə görə, bunlar “Black Eyed Peas” qrupu və Nikol Şerzingerdir. O deyib ki, təşkilatçılar azarkeşlər üçün zəngin mədəni-əyləncə proqramı təşkil edəcəklərinə görə çox məmnundurlar.

“Azərbaycan Qran-prisi zamanı dünyanın iki ən uğurlu ifaçılarını Bakıda salamlaqdan necə sevindiyimizi sözlə ifadə etmək çətindir. “The Black Eyed Peas” və Nikol Şerzinger dəfələrlə sübut ediblər ki, qeyri-adı vokal səsə malik olan elit musiqiçi qrupuna aiddirlər”, - A.Rəhimov əlavə edib.

“Musiqi və “Formula-1” qoşa addımlayır və bugünkü elan bu möhtəşəm ənənənin davamı olacaq. Azərbaycan Qran-prisi unudulmaz uik-endə çeviriləcək. Biz sizinlə bu ilin iyununda görüşü səbirsizliklə gözləyirik”, – o söyləyib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi bu il iyunun 23-25-də Bakıda keçiriləcək.

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri