May
2017
16:17
141
440
10839
Virtual karabakh

Meraya Kerri Bakıya gəlir – YENİLƏNİB

5 May, 2017
16:17
10839

Meraya Kerri Bakıya gəlir – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz musiqi tarixində böyuk uğur qazanmış müğənnini Bakıda baş tutan ikinci “Formula 1” yarışının sonuncu günündə qarşılamaqdan böyük qürur duyuruq. Meraya Kerri bütün dünyada milyonlarla insanın dillər əzbəri olmuş mahnıları ilə seçilən möhtəşəm səsdir”.

Bu sözləri Oxu.Az-a dünya şöhrətli müğənni Meraya Kerrinin “Formula 1” Azərbaycan Qran Prisində baş tutacaq konserti ilə bağlı danışarkən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin  (BŞH) icraçı direktoru Arif Rəhimov söyləyib.

Qeyd edək ki, bu il Bakıda keçiriləcək növbəti “Formula 1” yarışı 23-25 iyun tarixlərinə təsadüf edir. Musiqi dünyasının əfsanəvi ulduzu M.Kerri iyunun 25-də yarış başa çatdıqdan sonra axşam saatlarında səhnəyə çıxacaq.

4 may, 12:50

Dünya şöhrətli amerikalı müğənni Meraya Kerri Bakıya gəlir.

Oxu.Az xəbər verir ki, bu barədə haqqin.az saytı məlumat yayıb.

Məlumata əsasən, Meraya Kerrinin Bakıda 23-25 iyun tarixlərində keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-Prisində iştirak edəcəyi gözlənilir.

Məsələ ilə bağlı Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Oxu.Az-a məlumatı nə təkzib, nədəki təsdiq edib.

O bildirib ki, Azərbaycan Qran-Prisi çərçivəsində çıxış edəcək sonuncu ifaçı da dünya ulduzlarından biri olacaq:

“Yaxın zamanlarda biz sonuncu ulduzun kimliyini açıqlayacayıq”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri