May
2017
16:35
22
139
7726
Virtual karabakh

Elza Seyidcahandan yeni şeir: Yorğun olanda mənimlə məzələn...

4 May, 2017
16:35
7726

Elza Seyidcahandan yeni şeir: Yorğun olanda mənimlə məzələn...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Elza Seyidcahan yeni şeirini “Instagram” hesabında izləyicilərinə təqdim edib.

Oxu.Az “Məzələn” adlı şeiri təqdim edir.

Yorğun olanda mənimlə

Məzələn.

Soy əynini, soy ruhunu

Təzələn.

Oradan bura, buradan ora

Sərələn.

Mənə de ki,

Dağ qoynumda

Təpələn.

Ağuşumda körpələn

Gəldiyin yollara

Güllər səpərəm.

Saçlarınla dəniz təki

Ləpələn.

De ki, mənə 

Başdan-ayağa mən sənin üçün 

Qəzələm.

Yaralanaram.

De ki, de ki,

Nərə çəkərəm.

Ay çəkərəm, ox çəkərəm,

Of çəkərəm, uf çəkərəm.

Məzələnməsəm, təzələnmərəm.

Yer olmasa,

Vaxt solmasa,

Heç olmasa 

Yorğun könlün

Xoş olmasa

Demə mənə 

Mən sevgimi 

Kəsərəm.

Bu yoldan mən

Küsərəm.

Bil ki canım

Mən ölərəm, itərəm.

Sevgi yoxsa,

Arxayın ol

Gəl mənimlə

Məzəli-məzəli

Məzələn.

Təzələn.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri