12 
May
2017
14:52
155
83
10250
Virtual karabakh

Hacı Nuran Hüseynov yeni layihəsindən danışdı - FOTO

12 May, 2017
14:52
10250

Hacı Nuran Hüseynov yeni layihəsindən danışdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Hacı Nuran Hüseynov uzun müddətdən sonra yenidən aparıcı kimi fəaliyyətə başlayacaq.

Teleaparıcı bununla bağlı Oxu.Az-a eksklüziv müsahibə verib.

“Həyat” adlı böyük fond yaradılır. “Həyat” proqramı da həmin fondun bir layihəsidir. Proqram təxminən 2 həftəyə ATV-də yayımlanacaq. Ekranda nömrə nümayiş olunacaq, onunla əlaqə saxlayaraq xəstə insanlara yardım etmək mümkün olacaq. Həmçinin öz yaxınlarını axtaran insanlar proqrama müraciət edə biləcəklər. Sözügedən layihə xeyriyyə xarakteri daşıyacaq. “Həyat” fondu ilə digər layihələrimiz də olacaq”, - deyə o bildirib.

Teleaparıcının səhhəti ilə də maraqlandıq. O, hazırda səhhətində narahatlıq olmadığını və müalicəsini davam etdirdiyini söyləyib:

“Xəstəlikdən, müalicədən sonra bədənin öz-özünə bərpası getməlidir. Hələ ki, həkimlərin məsləhəti ilə bu mərhələni gözləyirik. Müalicə davam edir, bunun üçün Almaniyaya gedib-gəlirəm. Bu elə bir xəstəlikdir, onun tamamilə sağalması mümkün deyil. Sadəcə, irəliləməsinin  qarşısı alınır. Hazırda səhhətim yaxşıdır”.

Aytən Sadıqzadə
Foto: İsmayıl Nur 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri