14 
May
2017
09:00
177
350
30183
Virtual karabakh

“Eurovision - 2017”-nin qalibi Portuqaliya olub – YENİLƏNİB + VİDEO

14 May, 2017
09:00
30183

“Eurovision - 2017”-nin qalibi Portuqaliya olub – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın paytaxtı Kiyevdə keçirilən“Eurovision - 2017” mahnı müsabiqəsinin qalibi müəyyənləşib.

Oxu.Az report-a istinadən xəbər verir ki, sayca 62-ci olan müsabiqənin qalibi 758 səslə Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, müsabiqədə “Amar Pelos Dois” mahnısını ifa edib.
Azərbaycan təmsilçisi Diana Hacıyevanın (DiHaj) ifa etdiyi “Skeletons” mahnısı isə 120 xal toplayaraq 14-cü yeri tutub.

13 may, 23:05

Kiyevdə keçirilən “Eurovision - 2017” mahnı müsabiqəsinin finalına start verilib

Oxu.Az xəbər verir ki, Azərbaycanı müsabiqədə təmsil edən Diana Hacıyeva “Skeletons” mahnısı ilə 12-ci sırada çıxış edəcək. Bəstənin müəllifləri İsa Məlikov və Sandra Byormandır.

Finalı canlı izləmək üçün

13 may, 09:28

Bu gün Kiyevdə “Eurovision - 2017” mahnı müsabiqəsinin finalı keçiriləcək. 

Oxu.Az-ın məlumatına görə, finalda 26 ölkənin təmsilçisi mübarizə aparacaq.

Final şousu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Finalda iştirakçı ölkələrin tamaşaçıları öz təmsilçiləri istisna olmaqla iştirakçılara səs verə bilərlər. 

Keçən ildən səslərin hesablanması qaydaları dəyişdirilib. Münsiflər və televiziya tamaşaçıları müsabiqə iştirakçılarına ayrı-ayrılıqda səs verirlər. Nəticələr elan olunduqda əvvəlcə münsiflərin balları açıqlanacaq. Bundan sonra aparıcılar tamaşaçıların səsverməsinin nəticələrini elan edəcəklər.

Qeyd edək ki, bu il müsabiqədə rekord sayda - 42 ölkə iştirak edib. Bu sayda ölkə bundan 5 il əvvəl Azərbaycanda keçirilən “Eurovision - 2012” mahnı müsabiqəsinə qatılmışdı.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri