15 
May
2017
17:35
7
217
8290
yuxarı
Elmir Məhərrəmov xəstəxanaya yerləşdirilib
15 May, 2017
17:35
8290
7
217
Elmir Məhərrəmov xəstəxanaya yerləşdirilib
“Dəyirman” qrupunun eks-solisti Elmir Məhərrəmov xəstəxanaya yerləşdirilib.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, reper Xüsusi Müalicə Sağlamlıq Kompleksində müalicə alır.
Elmir hətta ötən günü anası ilə bağlı paylaşdığı statusda vəziyyətinin ağır olduğunu bildirib:
“Həkimlərim deyir ki, yaşayacağam, amma müalicə almalıyam. Mənə yaxşı baxırlar. Yaxınlarım, qohumlarıma təşəkkür edirəm. Ancaq bir şeydən xilas ola bilmirəm: Anamla xəstəxanalarda keçirdiyim zaman üçün darıxıram”.
Xəstəxanadan verilən məlumata görə, Məhərrəmovun müalicəsi davam edir, vəziyyəti ortadır.
Lakin onlar Elmirin hansı xəstəlikdən müalicə almağı barədə verilən sualı cavabsız qoyublar.
A.S.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək