16 
May
2017
09:22
35
155
16754
Virtual karabakh

“Eurovision” səhnəsində şalvarını soyunan kişi danışdı – VİDEO (18+)

16 May, 2017
09:22
16754

“Eurovision” səhnəsində şalvarını soyunan kişi danışdı – VİDEO (18+)

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Eurovision - 2017” mahnı müsabiqəsində ötənilki Ukrayna qalibi Camalanın çıxışı zamanı şalvarını soyunaraq arxasını göstərən jurnalist Vitali Sedyuk ifadə verib.

Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, ukraynalı jurnalist bu hərəkəti ilə Camalaya yaxşılıq etmək istədiyini bildirib. O, məqsədinin yarışmada təhlükəsiz xidmətinin zəifliyini ortaya qoymaq olduğunu iddia edərək söyləyib:

“Birdən mənim yerimə səhnəyə əlində bıçaqla başqa biri çıxsaydı, o zaman nə olardı? Mən təhlükəsizliyin zəif olduğunu göstərmiş oldum”.

Qeyd edək ki, “Eurovision - 2017”-nin final günü Camala səhnədə mahnı ifa edərkən V.Sedyuk Avstraliya bayrağı ilə səhnəyə çıxıb və şalvarını aşağı çəkərək arxasını göstərib.

Ukraynanın daxili işlər naziri Arsen Avakonun verdiyi məlumata əsasən, Vitali Sedyuk dərhal saxlanılıb. İlkin olaraq 72 saat müddətinə həbs olunan jurnalisti xuliqanlıq maddəsi ilə cərimədən 5 il müddətinə azadlıqdan məhrum olunma gözləyir.

Xatırladaq ki, Sedyuk qəribə hərəkətləri ilə tanınır. Bundan əvvəl o, canlı efirdə Uill Smiti öpmək, Madonnaya gül verməyə çalışıb, 2013-cü ildə “Grammy” mükafatını Adelin əvəzinə almaq üçün onun imicində səhnəyə çıxıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri