16 
May
2017
12:08
27
176
6912
Virtual karabakh

Musiqiçi canlı yayımda özünə od vurub

16 May, 2017
12:08
6912

Musiqiçi canlı yayımda özünə od vurub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı musiqiçi Cared Maklemor ağır yanıq xəsarətlərindən dünyasını dəyişib.

Oxu.Az İstiPress-ə istinadən xəbər verir ki, musiqiçi özünə “Facebook”un birbaşa yayımında od vurub.

İnsident Tennisi ştatının Memfis şəhərində baş verib. Xəbər verilir ki, 33 yaşlı kişi küçənin ortasında, kamera qarşısında oturaraq əvvəlcə üzərinə ağ neft töküb, daha sonra od vurub. Sonra o, keçmiş sevgilisi Alisa Murun olduğu bara qaçıb.

Musiqiçi xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, mayın 3-də Maklemor özünün yeni “The Path”albomunu “Facebook”da yayımlayıb və “Bu, sizin üçündür. Dinlədiyiniz üçün sağ olun” sözlərini yazıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri