16 
May
2017
14:09
40
235
28454
Virtual karabakh

Aygün Bayramovanın biznesmen nişanlısının İrandakı xanımı və qızı – FOTO

16 May, 2017
14:09
28454

Aygün Bayramovanın biznesmen nişanlısının İrandakı xanımı və qızı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeniçağ.az Xalq artisti Aygün Bayramovanın nişanlısı, iranlı iş adamı Fəraməz Gərmrudinin həyat yoldaşı və kiçik qızı Kəramənin fotosunu əldə edib.

Oxu.Az xəbər verir ki, Gərmrudinin fars əsilli xanımının adı Hürmətdir. İş adamının Kəramə adlı kiçik qızı ailəlidir və İranda yaşayır.

Xatırladaq ki, İran vətəndaşı olan Gərmrudi 1955-ci ildə İranda anadan olub, 3 qız atasıdır. Qızları ailə qurub, ikisi İranda, biri Almaniyada yaşayır. Artıq baba olan 62 yaşlı adaxlının İranda Almaniyanın məşhur “KÖHEL” avtomobillərinin rəsmi distributeridir. Gərmrudi Azərbaycanda musiqi aləmində ud ifaçısı və müğənni kimi tanınır.

Demək olar ki, onun əksər musiqiçilərlə dostluq münasibətləri var. Biznesmenin Aygün Bayramova ilə eşq hekayəsi bu ilin martında, daha dəqiq desək, martın 21-də Gərmrudinin Heydər Əliyev Sarayında gerçəkləşən konsertində başlayıb. Həmin konsertdə Gərmrudini tək qoymayan sənətçilərlə bərabər A.Bayramova da mahnı töhfəsini verib. İş adamı Bakıda Hüseyn Cavid prospektində 2 milyonluq ev alıb, bahalı avtomobilə sahibdir.

Qeyd edək ki, iş adamı eyni zamanda tez-tez Azərbaycan televiziyasında verilişlərdə oxumaq və ud ifa etməklə musiqi məharətini sərgiləyir.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri