18 
May
2017
10:42
37
166
11563
Virtual karabakh

Azərbaycanlı aparıcı: Əvvəlcə bacısını döydü, sonra balta ilə üstümə hücum çəkdi

18 May, 2017
10:42
11563

Azərbaycanlı aparıcı: Əvvəlcə bacısını döydü, sonra balta ilə üstümə hücum çəkdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Teleaparıcı Lalə Əlimuxtarova Milli.Az-a müsahibə verib.

Oxu.Az xəbər verir ki, o, “Getdiyiniz yerlərdə təhlükə ilə üzləşmisiniz?” sualına cavabında başına gələn xoşagəlməz hadisədən danışıb.

“Teleaparıcı olmaq həm də insan psixologiyasını bilmək deməkdir. Təkcə bir dəfə problemim olub ki, üstümə balta çəkiblər. O zaman da qonşular aranı qızışdırmışdılar. Qızın qardaşına demişdilər ki, bacın dünən nişanlanıb, bu gün artıq efirə çıxıb. Halbuki qızın heç görüntüsü belə kadra düşməmişdi. Oğlan ilk öncə bacısını döyüb al-qan etdi, sonra həmin balta ilə üstümə gəldi. Qorxumuzdan qaçıb qonşuda gizlənmişdik. Amma səhəri gün məsələ həll olundu və bizdən üzr istədilər. Amma o an qaçmasaydım, balta mənim başıma da dəyə bilərdi”, - deyə o bildirib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri