18 
May
2017
16:25
87
177
3928
Virtual karabakh

Emin Ağalarov kinoda debüt edəcək

18 May, 2017
16:25
3928

Emin Ağalarov kinoda debüt edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sankt-Peterburqda Maryus Vaysberqin “Gecə növbəsi” komediya filminin çəkilişləri başlayıb. 

Oxu.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir. 

“Forbes”in versiyasına görə, ən uğurlu Rusiya rejissorlarından biri olan Maryus Vaysberq yeni filminə ulduzları cəlb edib.  

Süjetə görə, Vladimir Yaqlıçın canlandırdığı baş qəhrəman Maks zavodda işini itirir, ailəsini təmin etmək üçün sinif yoldaşının striptizçi kimi işləmək təklifini qəbul edir. Yeni işini arvadı Anyadan gizlədən Maks bir sıra maraqlı və məzəli vəziyyətlərə düşür. 

Yaqlıç ilə birgə bu hadisələrin mərkəzində Pavel Derevyanko, Kseniya Teplova, Natalya Bardo, İqor Jijikin, Valentina Mazunina, Yelena Valyuşkina Tarzan da olacaq. Filmdə məşhur müğənni və biznesmen Emin Ağalarov da rol alıb, müğənni üçün bu tammetrajlı filmdə debüt olacaq. 

Yeni komediya filminin çəkilişləri Neva şəhərində keçiriləcək, filmin relizi 2018-ci ildə veriləcək. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri