19 
May
2017
13:22
23
59
2686
Virtual karabakh

Abbas Bağırov üç gün toy edəcək

Əməkdar artist Abbas Bağırov toyu barədə yayılan xəbərlərə münasibət bildirib.

Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, “Hər şey daxil” verilişinə qonaq olan müğənni 3 gün toy edəcəyini söyləyib.

“Toyum başqa cür olacaq. Musiqiçi olduğumdan istəyirəm ki, öz şad günümü həmkarlarımla bölüşüm. Toy 3 gün olacaq. Bəy-gəlin olan məclis isə ailə daxilində baş tutacaq. Heç istəmirəm ki, qapıda vağzalı çalınsın, o səs mənim ürəyimdə eşidilir. Əsas xoşbəxtlik olsun, qalanı boş şeydir”.

Xatırladaq ki, Abbas ikinci dəfə ailə həyatı qurur, onun bir qız övladı var. İfaçının toyu mayın 23-də baş tutacaq. O, öz qohumu ilə evlənir.

A.S.
www.oxu.az

 

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər Şou-biznes xəbərləri