19 
May
2017
16:58
60
756
42750
Virtual karabakh

Türklər erməni mahnısını türk dilinə tərcümə edərək ifa etdilər -VİDEO

Türklər erməni müğənni Super Sakonun məşhur mahnısı “Mi gna”nı öz dillərinə tərcümə edərək ifa ediblər.

Oxu.Az BAKU.WS-ə istinadla xəbər verir ki, Türkiyədə qalmaqallı mahnıya, hətta klip də çəkilib. Mahnı “Bitdi bu sevda” adlanır.

Qeyd edək ki, bu mahnının qardaş ölkədə bu qədər sevilməsi həmyerlilərimiz tərəfindən birmənalı qarşılanmır.

Demək olar ki, qardaş ölkədə gənclərin əksəriyyəti bu mahnını ifa edərək bəstənin sədaları altında rəqs edib, “Instagram”da səhifələrində paylaşıblar. Bir müddət əvvəl isə Türkiyənin məşhur dəb verilişi - “İşte benim stilim”də iştirakçılar bu mahnının sədaları altında rəqs etməsi birmənalı qarşılanmayıb.

Məlumat üçün bildirək ki, məşhur türkiyəli müğənni Özcan Dəniz “İstanbullu gəlin” serialının kulisində bu mahnını ifa edərək video paylaşmışdı. Müğənninin bu hərəkəti ölkəmizdə kəskin etirazla qarşılanmışdı.

A.S.
www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər Şou-biznes xəbərləri