20 
May
2017
22:34
433
46
8739
Virtual karabakh

Murad Dadaşov KİV nümayəndələrini səhər yeməyinə dəvət etdi – FOTO

20 May, 2017
22:34
8739

Murad Dadaşov KİV nümayəndələrini səhər yeməyinə dəvət etdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün “M Group Production” (MGP) ofisində tanınmış tele-aparıcı, prodüser, Azərbaycanın əməkdar artisti Murad Dadaşov jurnalistlərlə görüşüb. Görüşə səbəb isə illərdir maraqla izlənilən “Maşın şou” layihəsinin bu yaxınlarda start götürəcək növbəti mövsümüdür. 

Oxu.Az xəbər verir ki, KİV nümayəndələrini ofisinə dəvət edən Murad Dadaşov, şounun “Qarşıdurma” adı almış yeni mövsümü barədə jurnalistləri maraqlandıran suallara cavab verdi. 2005-ci ildən tamaşaçıları ekran başına toplayan və həyəcan yaşadan “Maşın şou” layihəsi bu dəfə də sürprizlərlə doludur. 

Belə ki, yeni 14-cü mövsümdə iştirak edəcək 18 oyunçudan doqquzu tamaşaçılara artıq şouda iştirakçı qismində tanışdır. Digər doqquz nəfər isə “Maşın şou”da avtomobil uğrunda ilk dəfə yarışacaqlar. 

Mayın 28-də efir gedəcək şou ATV kanalında, hər gün saat 22:00-da yayımlanacaq. Uğrunda mübarizə gedəcək avtomobilin dəyəri 30 min dollardır. 

Xatırladaq ki, oyunun qaydalarına görə, qalib avtomobilin ətrafında daha çox qalan və əlini onun üzərindən çəkməyən iştirakçı hesab edilir. Bundan başqa şou zamanı tamaşaçıların səs sayı nəticəsində hər gün bir iştirakçı oyunu tərk edir. Final üç iştirakçı arasında keçirilir.  

Söhbət zamanı Murad Dadaşov “Maşın şou”nun əvvəlki mövsümlərində qarşılaşdığı xoş, təəccüblü, heyrətləndiyi məqamları da jurnalistlərlə bölüşdü. O, hətta bəzi sənət adamlarının tamamən fərqli cəhətlərinin şahidi olduğunu da bildirdi. Murad Dadaşov ulduz  iştirakçıların adlarını açıqlamadı, amma tamaşaçıları əsl qarşıdurmanın gözlədiyini də vurğulamağı unutmadı.

Səbinə Səmidxan
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri