22 
May
2017
11:45
117
62
10343
Virtual karabakh

Ölkəmizin iki məşhuru “Greencard” udub

22 May, 2017
11:45
10343

Ölkəmizin iki məşhuru “Greencard” udub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən həftə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu ölkədə yaşamaq və işləmək hüququ verən “Greencard” lotereyasının nəticələrini açıqlayıb.

Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, budəfəki uduşda 224 Azərbaycan vətəndaşı “Greencard” sahibi olub. 2018-ci ildən etibarən Amerikada yaşamağa şans qazananlar arasından 91-i qadın, 133-ü kişidir.

Əldə etdiyimiz məlumata görə, həmin siyahıda şou-biznesin tanınmış simaları da yer alıb.

Onlar arasında keçmiş “Dəyirman” qrupunun solisti Elmir Məhərrəmov və müğənni Elariz Məmmədoğlu var. İki məşhurun adı Azərbaycandan “Greencard” udanların tam siyahısında yer alıb.

Bundan əlavə, siyahıda Elmir Məhərrəmov və Elariz Məmmədoğlunun olmasını “Greencard Azerbaijan”in rəsmisi Royal Cəfərov təsdiqləyib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri