22 
May
2017
15:55
17
174
5989
Virtual karabakh

“Eurovision – 2017”-nin ən pis geyinən ifaçısı müəyyənləşib – FOTO

22 May, 2017
15:55
5989

“Eurovision – 2017”-nin ən pis geyinən ifaçısı müəyyənləşib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Monteneqro təmsilçisi Slavko Kaleziç Kiyevdə keçirilən “Eurovision – 2017” mahnı müsabiqəsində ən pis səhnə kostyumunu geydiyinə görə “Barbara Deks” mükafatını qazanıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, tamaşaçılar arasındakı səsverməyə görə ikinci yeri Latviyanı təmsil edən “Triana Park” qrupu tutub. Üçüncü yerdə isə Çexiya nümayəndəsi Martina Barta qərarlaşıb.

Qeyd edək ki, “Barbara Deks” mükafatı 1997-ci ildən tamaşaçıların ən pis səhnə geyiminə malik olaraq seçdiyi ifaçıya təqdim olunur. Mükafat 1993-cü ildə müsabiqədə dizaynını özünün verdiyi paltarı geyinən belçikalı Barbara Deksin adı ilə bağlıdır. Belə ki, həmin vaxt azarkeşlər həmin paltarın dəhşətli olduğunu bildirmişdi.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri