22 
May
2017
12:55
26
143
6380
Virtual karabakh

Elarizin “Greencard”dan xəbəri yoxdur

22 May, 2017
12:55
6380

Elarizin “Greencard”dan xəbəri yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Greencard” udmağım barədə xəbərim yoxdur. Axı, mən bununla bağlı müraciət etməmişəm”.

Oxu.Az xəbər verir ki, bunu AzVision.az-a müğənni Elariz Məmmədoğlu Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin bu ölkədə yaşamaq və işləmək hüququ verən “Greencard” vəsiqəsini udması ilə bağlı mətbuatda yazılanlara münasibət bildirərkən deyib.

“Mən “Greencard” üçün müraciət etməmişəm. Həm də ingilis dilini bilmirəm. Amerikaya gedib nə edəcəyəm ki?! “Greencard” haqqında sadəcə eşitmişdim ki, belə bir şans var. Mən Hindistanda yaşamaq istəyərdim, Amerikada yox. Bəlkə də övladlarım bunu mənim adımdan ediblər. Amma mənim heç nədən xəbərim yoxdur. Özümə də qəribə gəldi”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri