23 
May
2017
12:26
174
90
19676
Virtual karabakh

Bu gün iki azərbaycanlı məşhurun toyudur

23 May, 2017
12:26
19676

Bu gün iki azərbaycanlı məşhurun toyudur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Aygün Bayramova bu gün ailə həyatı qurur.

Oxu.Az xəbər verir ki, 49 yaşlı xanəndə 62 yaşlı İran vətəndaşı, musiqiçi Fəraməz Gərmrudi ilə nikaha daxil olur. Cütlüyün toyu paytaxtda yerləşən hotellərin birində baş tutacaq.

Bu, A.Bayramovanın ilk, F.Gərmrudinin isə ikinci evliliyidir.

23 mayda subaylığın daşını atan digər məşhur isə Əməkdar artist Abbas Bağırovdur. Müğənni ötən gün Hövsanda toyaxşamı edərək sənət dostları və yaxınlarını ətrafına toplayıb. 

A.Bağırov “Xəzər” televiziyasında yayımlanan “Hər şey daxil” verilişinə müsahibəsində üç gün toy edəcəyini deyib. Bir neçə gün əvvəl ifaçının nişanlısının Gəncədə qız toyu baş tutub. Bugünkü toy isə gəlinsiz olacaq.

İfaçı öz qohumu ilə ailə həyatı qurur. Bir dəfə evli olub boşanan müğənninin bir qız övladı var.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri