23 
May
2017
15:07
29
186
11561
Virtual karabakh

Leyla Quliyevanın səhhətində problem yaranıb

23 May, 2017
15:07
11561

Leyla Quliyevanın səhhətində problem yaranıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur aparıcı Leyla Quliyevanın səhhətində problem yaranıb.

Oxu.Az xəbər verir ki, teleaparıcı bu barədə Metbuat.az-a müsahibəsi zamanı deyib.

O qeyd edib ki, bu mövsümdə çəkilişlərə qatıla bilməyib:

“Hazırda AzTV telekanalında iki layihənin aparıcısıyam. Biri məktəblilərlə, digəri isə böyüklərlə bağlıdır. Bu mövsümdə çəkilişlərə qatıla bilmədim. Çünki səhhətimdə bəzi problemlər var. Ancaq uşaqların çəkilişlərini bitirdim və ara verdim. Yəni, bir mövsüm olmayacağam. Həmin mövsümdən sonra nə olacaq deyə bilmərəm”.

O, “Səhhətinizdəki problem ciddi deyil?” sualını belə cavablandırıb:

“Qətiyyən! Müəyyən bir müalicə dövrü lazım idi. Eyni dönəmə təsadüf etdiyi üçün gedə bilmədim. Çox istəyirdim, lakin buna icazə vermədilər”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri