23 
May
2017
15:31
227
60
24241
Virtual karabakh

Hacı Nuran ağır xəstəlikdən əziyyət çəkən Xalq artistinə canlı yayımda yardım etdi – VİDEO

23 May, 2017
15:31
24241

Hacı Nuran ağır xəstəlikdən əziyyət çəkən Xalq artistinə canlı yayımda yardım etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Həyat” Xeyriyyə Fondunun yaradıcısı Hacı Nuran Hüseynov Xalq artisti Könül Xasıyevaya yardım edib.

Oxu.Az BAKU.WS-ə istinadla xəbər verir ki, fond ağır xəstəlikdən əziyyət çəkən xanəndənin müalicəsində ona dəstək olacaq. Bu barədə ATV-də yayımlanan “10-dan sonra” verilişində qonaq olan aparıcı Hacı Nuran bildirib.

Onun sözlərinə görə, Xalq artistinin müalicəsində ona yardımçı olmaq istəyənlər də “Həyat” fonduna müraciət edə bilərlər. Hacı Nuran bildirib ki, bunu *999-a zəng vurmaqla da etmək olar. Hacı Nuran ona sağalmasında çox insanın dəstək olduğunu, buna görə də ehtiyacı olan insanlara hər zaman yardım edəcəyini əlavə edib.

Qeyd edək ki, Könül Xasıyeva ötən gün “10-dan sonra” verilişinin qonağı olub. O haqqından xərçəng xəstəsi olduğuna dair yayılan xəbərləri yalanlayıb. Xasıyeva, onurğasının iflic olduğunu və astma xəstəliyindən əziyyət çəkdiyini söyləyib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri