23 
May
2017
18:40
27
150
7799
Virtual karabakh

Hacı Nuran: Şəklimi görəndən sonra reanimasiyaya düşüb

23 May, 2017
18:40
7799

Hacı Nuran: Şəklimi görəndən sonra reanimasiyaya düşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Teleaparıcı Hacı Nuran xəstəliyinin yaranma səbəbləri haqda danışıb.

Oxu.Az axşam.az-a istinadən xəbər verir ki, “10-dan sonra” verilişinin qonağı olan aparıcı güclü stressdən sonra səhhətinin pozulduğunu bildirib.

“Bilmirəm, verilişlərdən oldu, ya valideynlərim dünyasını dəyişəndən sonra... Çox böyük stress keçirdim. Atamdan sonra anam rəhmətə getdi. Anamda da xərçəng xəstəliyi var idi. Sonra mən xəstələndim, mənə də xərçəng diaqnozu qoyulmuşdu. Təcili müalicəyə başladım. Bakıda müalicə alırdım. İnsanlardan bir az çəkinirdim. Deyirdim, saçım töküləcək.

Sonra Almaniyanın Düsseldorf şəhərində müalicəmi davam etdirdim. Bir müddət həkimlər “biz heç nə edə bilmərik” dedilər. Daha sonra Bakıya qayıtdım, yenə müalicələr aldım. Hələlik istirahət edirəm, yayda yenidən müalicəyə başlayacağam.

Bir- iki saytda xəbər verilmişdi ki, Hacı Nuran rəhmətə getdi. Dedim sağam, elə şeylər yazmayın. Dedilər şəkil göndər, mən də əsəbi idim, pis şəklimi göndərdim. Hətta bir xanım yazmışdı ki, anası mənim şəklimi görəndən sonra qorxudan reanimasiyaya düşüb. Şükür, dualar sayəsində indi yaxşıyam”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri