23 
May
2017
22:08
36
382
40458
Virtual karabakh

Əkizlər avtomobillə vurduqları 87 yaşlı kişidən danışdı – VİDEO

23 May, 2017
22:08
40458

Əkizlər avtomobillə vurduqları 87 yaşlı kişidən danışdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sevil-Sevinc bacıları “Xəzər TV”də yayımlanan “5-də 5” verilişində bir neçə ay əvvəl avtomobillə vurduqları yaşlı kişidən danışıblar.

Oxu.Az BAKU.WS-ə istinadla xəbər verir ki, bacılar onun vəziyyətinin yaxşı olduğunu, sağaldığını bildiriblər.

“Bu yaxınlarda baba ilə birlikdə verilişə qatılacağıq. Amma bir xanım da axtar babamızı evləndirəcəyik. Babanın 87 yaşı var. Biz onun nəvələri olduq. Söz veririk ona qəşəng toy edəcəyik”,-deyə bacılar aparıcı Zaur Kamala bildiriblər.

Zaur Kamal babanı verilişə gətirəcəyinə söz verib.

“Soruşacağam babadan ki, ona yaxşı görüm-baxım etmisiniz? Görək babanı xəstəxanadan necə yola salmısınız? Məni avtomobil vursaydı, yıxılıb ölərdim. Amma babaya maşallah”,-deyə Zaur Kamal bacılarla zarafat edib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri