23 
May
2017
22:32
48
159
11312
Virtual karabakh

Firuzə İbadova bu addımı atmağa məcbur qaldı

23 May, 2017
22:32
11312

Firuzə İbadova bu addımı atmağa məcbur qaldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist, tanınmış ifaçı Firuzə İbadova son zamanlar üzləşdiyi haqsızlıqlarla, torpağının və evinin əlindən alınması ilə bağlı ölkənin 1-ci vitse-prezidenti Mehriban Əliyevaya müraciət etmək qərarına gəlib.

Oxu.Az-ın məlumatına görə, müğənni məhkəmələrdə, müxtəlif dövlət orqanlarında, öz hüquqlarını bərpa etmək istəsə də, bunları mediada işıqlandırsa da nəticəsiz qalıb. 

F.İbadova müraciətində həm deputat Astan Şahverdiyevin onun torpağını əlindən alması və pulunu verməməsi, həm də mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova görə Badamdardakı yaşadığı evdən çıxarılması barədə köməklik göstərilməsini xahiş edib.

Bildirib ki, bu müddət ərzində öz haqqını həm hüquqi müstəvidə, həm mətbuat səhifələrində tələb etsə də, onun xeyrinə bir qərar qəbul olunmayıb. 

Deputat A.Şahverdiyevlə olan torpaq çəkişməsinə görə başı problemlərdən açılmayan F.İbadova indi də O.Nadirovun ucbatından yaşadığı evdən sürgün olunur. 

Əməkdar artist inanır ki, ölkənin 1-ci vitse-prezidenti ona yardım əlini uzadacaq və üzləşdiyi problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verəcək. F.İbadova müraciətində qeyd edib ki. M.Əliyevanın onu qəbul etməsini və görüşdə qarşılaşdığı haqsızlıqları ətraflı danışmaq istəyir. 

Qeyd edək ki, əməkdar artist qonşuluqda yaşayan polis əməkdaşına inanaraq, ona 15-16 sotluq torpağının 4,8 sotunu nisyə satıb. Bir müddət sonra həmin adam yol qəzasında dünyasını dəyişib. Bu vaxt əməkdar artist öyrənib ki, o, millət vəkili Astan Şahverdiyevin kürəkəni imiş. Onun ölümündən sonra qohumları, ailə üzvləri nəinki borclarını qaytarıb, hətta əməkdar artistin əlavə qalan 10 sotdan artıq torpağını da zəbt ediblər.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri