24 
May
2017
14:38
406
335
84850
Virtual karabakh

Xalq artistinin iranlı iş adamı ilə toyundan görüntülər – YENİLƏNİB + FOTO + VİDEO

24 May, 2017
14:38
84850

Xalq artistinin iranlı iş adamı ilə toyundan görüntülər – YENİLƏNİB + FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Xalq artisti, xanəndə Aygün Bayramovanın toyu olub.

Oxu.Az big.az-a istinadən xəbər verir ki, xanəndə İran vətəndaşı olan Fəraməz Gərmrudi ilə ailə qurub.

Tanınmış simaların iştirak etdiyi toyda A.Bayramova mahnı ifa edib, həyat yoldaşı isə onu udda müşayiət edib.

23 may, 21:59

Xalq artisti, 49 yaşlı muğam ifaçısı Aygün Bayramova İran vətəndaşı olan Fəraməz Gərmrudi ilə ailə həyatı qurur. 

Oxu.Az-ın Axşam.az-a istinadən məlumatına görə, cütlüyün toyu Bakıda yerləşən hotellərdən birində keçirilir. Məclisə sənət aləminin tanınmış simaları dəvət olunub.

Qeyd edək ki, bu, A.Bayramovanın ilk nikahıdır. 

F.Gərmrudi musiqiçidir və dəfələrlə Bakıda keçirilən konsertlərdə çıxış edib. 62 yaşlı bəy İranda Almaniyanın məşhur “KÖHEL” avtomobillərinin rəsmi distributeridir. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri