24 
May
2017
11:48
190
136
30487
Virtual karabakh

Abbas Bağırov özünə gəlinsiz toy etdi – YENİLƏNİB + FOTO + VİDEO

24 May, 2017
11:48
30487

Abbas Bağırov özünə gəlinsiz toy etdi – YENİLƏNİB + FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün paytaxt məkanlarının birində Əməkdar artist Abbas Bağırovun toyu olub.

Oxu.Az-ın Lent.az-a istinadla məlumatına görə, ifaçı özünə kişi toyu edəcəyini söyləsə də, məclisdə onun qadın həmkarları da iştirak edib. Saat 16:00-da başlayan gecəyə təşrif buyuran qonaqlar maraqlı ifaları və rəqsləri ilə diqqət çəkiblər. Həmin toydan bir hissəni təqdim edirik.

Qeyd edək ki, aparıcı İlkin Həsəninin aparıcılıq etdiyi toya Xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Əməkdar artistlər Baloğlan Əşrəfov, Nurlan Növrəsli, müğənnilər Elçin Hüseynov, Nazənin, Könül Kərimova, Mətanət Əsədova, Manaf Ağayev, Amil Həsənoğlu, Pərviz Abdullayev, Samir Piriyev, Vaqif Şıxəliyev, aktyorlar Elşən Orucov, Nicat Rəhimov və başqaları gəlib.

09:37

Ötən gün məşhur müğənni Abbas Bağırovun toy mərasimi olub.

Oxu.Az xəbər verir ki, toydan görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Gəlinin iştirak etmədiyi məclisə ifaçının yaxınları, qohumları, sənət yoldaşları, tanınmış simalar dəvət olunublar.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri