25 
May
2017
09:52
70
12
5498
Virtual karabakh

Əməkdar artist: Allah rizası üçün kiməsə ərə getməliyəm də…

25 May, 2017
09:52
5498

Əməkdar artist: Allah rizası üçün kiməsə ərə getməliyəm də…

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Elnarə Abdullayeva “APA TV”-nin “Show time” verilişində qonaq olub və şəxsi həyatı barədə açıqlama verib.

Oxu.Az xəbər verir ki, müğənni sevgi ilə ailə qurmadığını söyləsə də, həyat yoldaşının ünvanına təriflər yağdırıb.

“Yoldaşım mənim ağlıma bələddir. Məsləhətli iş görən adamam. Mən sevib ailə qurmamışam. Həyatımda romantika da olmayıb. Həyat yoldaşımgil elçi gələndə dedim ki, Allah rizası üçün kiməsə ərə getməliyəm də. İndiyə qədər də heç bir oğlan deyə bilməz ki, yanından keçib sənə söz atmışıq. Bu, heç vaxt mümkün deyil. Gündə bir oğlanla gəzsəydim, Allah belə həyat yoldaşını qabağıma çıxarmazdı. Dünyanın milyardını qarşıma düzsələr, həyat yoldaşımın çölə atılan dırnağına dəyişmərəm”, - deyə o bildirib.

Onu da əlavə edək ki, Elxan adlı bəylə ailə quran E.Abdullayevanın həmin evlilikdən bir qızı və bir oğlu var.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri