25 
May
2017
15:10
235
41
15601
Virtual karabakh

Şərq şahzadəsi Ayşvariya Ray Kannda qırmızı xalıda – FOTO

25 May, 2017
15:10
15601

Şərq şahzadəsi Ayşvariya Ray Kannda qırmızı xalıda – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kann festivalında Ayşvariya Rayın qırmızı xalıda peyda olması ildən-ilə böyük səbirsizliklə gözlənilir. 

Əfsanəvi aktrisa müasir dünyanın ən gözəl qadını adını nahaq yerə daşımır, onun Kanndakı hər çıxışı ən yaddaqalan çıxışlardan olur. Onu əbəs yerə festivalın ilahəsi hesab etmirlər. 

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, Ayşvariya Ray bir gün ərzində Kannda iki dəbdəbəli libasda görünüb. İlkin olaraq o, açıq yaxalı, bəyaz rəngli, ətəyi çiçəkli paltarda çıxıb. Daha sonra isə aktrisa səma mavisi libası ilə göz qamaşdırıb. 

Birinci çıxışı üçün “L’Oréal Paris”in vizajistləri Ayşvariyaya ziyafət makiyajı ediblər, əsas diqqət isə dodaqlara olub. Hindistan gözəlinin gözlərini isə gümüşü kölgələr ilə bəzəyib, yanaqlarına çəhrayı ənlik çəkiblər. Qalın saçlarında iri buruqlar ediblər, bu saç düzümü onun “vizit kartı”dır. 

Səma mavisi libasını isə yüngül makiyaj tamamlayıb. Aktrisanın dodaqlarına təbii rəngli pomada vurulub. Saçlarını düz darayaraq təbii parlaqlıq verən lak vurublar.  

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri