26 
May
2017
17:40
77
255
13405
Virtual karabakh

Hacı Nuran ağır xəstəlikdən əziyyət çəkən xanəndə haqda: Görüşümüz çox təsirli və kövrək oldu...

26 May, 2017
17:40
13405

Hacı Nuran ağır xəstəlikdən əziyyət çəkən xanəndə haqda: Görüşümüz çox təsirli və kövrək oldu...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Xalq artisti Könül Xasıyeva ATV-də yayımlanan “10-dan sonra” verilişində qonaq olarkən onurğasının iflic olduğunu və astma xəstəliyindən əziyyət çəkdiyini söyləyib.

Oxu.Az xəbər verir ki, verilişin növbəti buraxılışında qonaq olan “Həyat” Xeyriyyə Fondunun yaradıcısı, teleaparıcı Hacı Nuran Hüseynov xanəndəyə yardım edəcəyini bildirib.

Bu gün isə aparıcı K.Xasıyevanı evində ziyarət edib. Onunla baş tutan söhbətdən kövrəldiyini vurğulayıb və fondun sənətkara müalicəsində dəstək olacağını qeyd edib. H.Hüseynov bu barədə sosial şəbəkədə məlumat yayıb.

Xatırladaq ki, Hacı Nuran Hüseynov Oxu.Az-a eksklüziv müsahibəsində “Həyat” adlı xeyriyyə fondunun yaradıldığını və həmin fondun eyniadlı layihəsi olan “Həyat” proqramının ATV-də yayımlanacağını deyib. Sözügedən layihə xeyriyyə xarakteri daşıyacaq.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri