27 
May
2017
11:36
121
698
20015
Virtual karabakh

Aygün Kazımova Dövlət Təhlükəsizliyi Xidmətinə solist təyin olunub

27 May, 2017
11:36
20015

Aygün Kazımova Dövlət Təhlükəsizliyi Xidmətinə solist təyin olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, 28 May - Respublika Günü ilə əlaqədar olaraq bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin təşəbbüsü ilə Dövlət Bayraq Meydanında yürüş keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə media nümayəndələri, bir sıra dövlət işçiləri, o cümlədən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Sərhəd Qoşunları Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev də iştirak edib.

Açılışı Azərbaycanın Xalq artisti Aygün Kazımova “Azərbaycan” mahnısı ilə edib.

Keçirilən tədbirdə Aygün Kazımova Dövlət Təhlükəsizliyi Xidmətinə solist təyin olunub və ona fəxri diplom təqdim olunub.

Bu barədə Oxu.Az-a ifaçının mətbuat xidmətindən bildirilib.

Tədbirin rəsmi hissəsindən sonra 5 km marafona start verilib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri