21 
İyn
2017
13:45
10
76
7465
Virtual karabakh

Yarıçılpaq fotosessiya etdirən model: Nə qədər soyunsanız da, mən sizdən öndə olacağam – FOTO + VİDEO

21 İyn, 2017
13:45
7465

Yarıçılpaq fotosessiya etdirən model: Nə qədər soyunsanız da, mən sizdən öndə olacağam – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ARB Ulduz”un “Şou məkan” proqramının növbəti qonağı azərbaycanlı model Nərgiz İsayeva olub.

Oxu.Az xəbər verir ki, model yarıçılpaq vəziyyətdə çəkildiyi fotosessiyadan sonra ona qarşı münasibətin dəyişdiyini bildirib.

“Bu fotosessiyadan sonra məni daha çox insan tanıdı. Onlarla qarşılaşanda insanlar öz müsbət reaksiyalarını göstərirlər. Əslində, bu fotosessiya çox çətin oldu. Amma mən bilirdim ki, bu iş uğurlu alınacaq”,-deyə o vurğulayıb.

O, açıq-saçıq fotosessiyalara görə ailəsinin ona sərhəd qoymadığını, hətta mane olsalar belə öz bildiyini edəcəyini deyib:

“Evdəkilər də, sevgilim də fotosessiyadan xəbərdar idi. Anam hər çəkilişdə mənim yanımdadır. Ailəm bilir ki, mənə etmə desələr, bunu onlara rəğmən edəcəyəm. Ona görə heç kim heç nə demədi.

Bilirəm ki, məndən əvvəl də belə çəkilişlər, soyunanlar olub. Ancaq bilirdim ki, mənim çəkilişim “partlayış” yaradacaq, ona görə də çəkildim. Bundan sonra nə qədər soyunsanız da, ilk addımı mən atdım və hər zaman sizdən öndə olacağam”.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri