21 
İyn
2017
12:35
2
43
3106
Virtual karabakh

Şəbnəm Tovuzlu efirdə ağladı: Anam öləndə hamilə idi – VİDEO

21 İyn, 2017
12:35
3106

Şəbnəm Tovuzlu efirdə ağladı: Anam öləndə hamilə idi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ARB TV-nin “Gəlin danışaq” verilişinin növbəti qonağı müğənni Şəbnəm Tovuzlu (Əsədova) olub.

Oxu.Az xəbər verir ki, ifaçı efirdə anasının erkən ölümündən danışarkən göz yaşlarına hakim ola bilməyib.

“Mən yaş yarımımda anamı itirmişəm. Heç bir efirdə bu açıqlamanı verməmişəm. Anam, atam tələbə olub, Bakıda evləniblər. Mən “Sovetski”də doğulmuşam. Yaş yarımıma qədər Bakıda, daha sonra Tovuzda böyümüşəm. Anam vəfat edəndə hamilə idi. 29 yaşında, bətnində bir körpə ilə evdə qaz sızması nəticəsində boğularaq dünyasını dəyişib. Atam da cavan olduğu üçün məni ona verməyiblər ki, ailə quracaqsan”.

Daha sonra Şəbnəm Tovuzlu onu övladlığa götürən ata-anasından söz açıb: “Anamın xalası ilə həyat yoldaşı məni övladlığa götürüb. Onlar mən anadan olmamışdan 15 il əvvəl ailə qurub, lakin övladları olmayıb”.

Sonda müğənni doğma atasının ikinci nikahından danışıb: “Əslində, mənim atam biləsuvarlıdır. Onun ikinci evliliyindən 3 bacım, 2 qardaşım var”.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri