21 
İyn
2017
12:45
44
127
17528
Virtual karabakh

“Bozbash pictures”dən ayrıldı: Özümü paslanmış kimi hiss edirdim

21 İyn, 2017
12:45
17528

“Bozbash pictures”dən ayrıldı: Özümü paslanmış kimi hiss edirdim

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rejissor Emil Abdullayev “Bozbash pictures” komandasından ayrılması ilə bağlı pərdəarxası məqamları dilə gətirib.

Oxu.Az olke.az-a istinadla xəbər verir ki, “My name is İntiqam”, “Axırıncı yol”, “Stalinin başı” kimi filmlərin rejissoru olan Emilin sözügedən komanda ilə yollarının ayrılması müxtəlif sualları ortaya çıxarır.

O, son filmi “Stalinin başı” barədə bunları söyləyib: “Gözləntilərimizi doğrultdu. Yenə bu il ən çox baxılan film oldu. Artıq 4-cü aydır ki, kinoteatrda nümayiş etdirilir”.

Rejissor açıqlamasında qeyd etdi ki, yeni mövsümdə “Bozbash pictures” komandası ilə olmayacaq: “Əminəm ki, “Bozbash pictures” öz uğurlu film silsiləsini davam etdirəcək. Amma artıq mən komandada olmayacağam. Dostluq münasibətləri, təbii ki, öz yerində qalır, amma iş məsələsində yollarımızı ayırmışıq. Onlarla işlədiyim 2 filmin ikisi də rekord vurub.

Mən uzun müddət eyni işləri görməyi sevən biri deyiləm, elə olanda özümü paslanmış kimi hiss edirəm. Düşünürəm ki, yaradıcı adam daima eyni işləri görməməlidir və yeniliklərə, dəyişməyə açıq olmalıdır. Onlarla çalışmağım həm mənə, həm də komandaya uğur gətirib. Qarşılıqlı şəkildə razılaşdıq. İş başqa, dostluq başqadır”.

E.Abdullayev yeni planları haqda da söz açıb: “Bir neçə film təklifi var. Onları dəyərləndirirəm. Daha sonra ola bilər ki, yerli kanalların birində ciddi mövzuda bir serial işi ərsəyə gətirim. Neçə vaxtdır üzərində işləyirəm. İnanıram ki, bu işlərimdə də uğur qazanacağam. Uğursuzluqdan qorxan adam deyiləm. Bundan qorxan adam, ümumiyyətlə, iş görməməlidir”.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri